Yanvarın 5-də Bakıda bir araya gələn “Zirə” hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, komanda təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Antalyaya yola düşüb.
Yanvarın 24-dək Türkiyədə təlim-məşq toplanışında olacaq Adil Şükürovun komandası 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar yanvarın 16, 19 və 22-də təşkil olunacaq.
