Topaz Premyer Liqanın növbəti mövsümünə hazırlaşan “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi albaniyalı yarımmüdafiəçi Cerhard Proqni ilə müqavilə imzalayıb.
Ölkəsinin “Skenderbeu” klubundan gələn 29 yaşlı futbolçu iki illik anlaşmaya imza atıb. Cerhard Albaniyanın U-19 və U-21 yığmalarının formasını geyinib
Qeyd edək ki, “Zirə” buna qədər Tural Cəlilov, Yamin Ağakərimzadə, Yasin Həmid, Murad Səttarlı və Cəmil Hacıyevi heyətinə cəlb edib.
