“Zirə” “Adana Dəmirspor”a məğlub oldu
26.07.2019 , 20:26

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” bu gün növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda Türkiyənin “Adana Dəmirspor” klubu ilə qarşılaşıb. “Zirə” 2:3 hesabı ilə məğlub olub.Komandanın qolunu Şafik Tiqrudca və soni Norde vurub.
26 iyul
Yoxlama oyunu
18:00 Zirə – Adana Dəmirspor (Türkiyə)-2:3
Qeyd edək ki, “Zirə” ilk sınaq matçında Rumıniyanın “Kankordiya” klubu ilə qolsuz heç-heçə edib.
