“Zirə” 6 futbolçunu göndərdi
02.06.2023 , 12:16

“Zirə” 6 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileudur. Futbolçularla klub arasında imzalanmış müqavilə başa çatıb.
Qeyd edək ki, Hamidu Keytanın “Qarabağ”a keçəcəyi, Loris Broqnonun komandadan ayrılması daha əvvəldən bəlli idi.
