“Zirə” 4 futbolçu ilə müqavilə bağladı
11.06.2019 , 10:00

“Zirə” 4 futbolçu ilə müqaviləni yeniləyib.
Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca ilə 2, Tellur Mütəllimovla isə müqavilənin müddətini 1 illik uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Nqalande, Kqasvane, Tiqrudca bu ilin, Mütəllimov isə ötən ilin yanvar ayından “Zirə”nin şərəfini qoruyur.
