Zinçenko daha 5 il “Mançester Siti”də
20.06.2019 , 16:33

Ukrayna millisinin üzvü Aleksandr Zinçenko çıxış etdiyi “Mançester Siti” ilə yeni müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, “şəhərlilər” ukraynalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadıb.
Qeyd edək ki, Zinçenko 2013-cü ildə “Ufa”dan “Mançester Siti”yə transfer olunub.
