Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Real” səfərdə “Bavariya”nı 2:1 hesabıyla məğlub edib. Matçdan sonra Madrid klubunun baş məşqçisi Zinəddin Zidan açıqlama verib. Mütəxəssis çətin qələbə qazandıqlarını dilə gətirib:
“Çox çətinlik çəkdik, amma sonda vacib qələbə qazandıq. Çempionlar Liqasında acı çəkmədən qələbə qazanmaq mümkün deyil. Hələ cütün taleyi həll olmayıb. “Bavariya”nın “Santiaqo Bernabeu”da qələbə qazanmaq gücü var. Biz Münhendə qalib gəldiyimiz üçün xoşbəxtik. “Yuventus”la görüşdən sonra rəqibə necə yaxınlaşacağımızı artıq bilirsiz. Diqqətli olmalıyıq. Yoxsa işlər bizim üçün pis ola bilər”.
