Zinəddin Zidan Fransa millisinin baş məşqçisi oldu
17.11.2025 , 14:15
Fransa millisinin yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, “Les Bleus” komandası Zinəddin Zidanla anlaşma əldə edib.
53 yaşlı mütəxssis milli komandaya DÇ-2026-dan sonra rəhbərlik edəcək. O, “Real” (Madrid) və “Fənərbaxça”dan gələn təklifləri rədd edərək, Fransa Futbol Federasiyası ilə müqavilə imzalamağı seçib.
Didye Deşam isə vəzifəsindən istefa verərək Səudiyyə Ərəbistanına yollanacaq və “Əl-İttihad” klubunda çalışacaq.
Zidan 2021-ci ildə “Real”dan ayrılmışdı. Onun rəhbərliyi altında klub UEFA Çempionlar Liqasını, iki La Liqa titulu, həmçinin Klublararası Dünya Kuboku, İspaniya Superkuboku və UEFA Superkubokunu qazanmışdı.