Dino Ndlovunu Çinin I Divizionunda çıxış edən “Hançjou Qrintaun” klubuna satan “Qarabağ” hücumdakı boşluğu doldurmaq üçün Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubunun forvardı Xama Billiatla danışıqlar aparırdı.
Ağdam təmsilçisinin transfer hədəfində olan futbolçunun ölkəmizə gəlişi baş tutmayacaq. Bu barədə CAR mətbuatı məlumat yayıb. Məlumatda qeyd edilib ki, zimbabveli futbolçunun mövsümün sonuna kimi klubunda qalacaq. Billiatla bu ölkənin digər klubu – “Orlando Payrets” də maraqlı idi. Lakin Xama təkliflərə isti yanaşmayıb.
Billiatın klubu ilə müqaviləsi yayda başa çatacaq. 27 yaşlı oyunçu universallığı ilə seçilir. O, hücumun cinahlarında və mərkəzində oynayır. Bununla yanaşı, Xamanın hər iki ayağı işləkdir.
