Yozef Blatterin FİFA-nın prezidentlik postundan istefa verməsindən sonra, artıq bu vəzifəyə bəzi namizədlər var.
Korner.az saytı xəbər verir ki, belə bir tələblə bir müddət "Fənərbaxça"da da məşqçi kimi fəaliyyət göstərmiş yaşayan futbol əfsanəsi Ziko çıxış edib. O, rəsmi "facebook" səhifəsindəki paylaşımında "Braziliyada və digər ölkələrdə hörmətlə qarşılanan biriyəm Futbolu ciddiyə alıram və bu vəzifəni həvəslə yerinə yetirməyə hazıram. Ailəm də məni dəstəkləyir. Amma hələ dəqiq qərar verməmişəm. Kim bilir, bəlkə də FİFA prezidentliyi üçün namizəd oldum" sözlərinə yer verib.
