Zidanın yeni iş yeri müəyyənləşdi
18.01.2019 , 21:18

Manchester United-in Zinəddin Zidanı kluba gətirmək planı baş tutmayacaq.
Fransız mütəxəssis yayda Juventus-a keçəcək. Tərəflər arasında artıq razılıq əldə olunub.
Xatırladaq ki, Mourinyonun istefasından sonra Manchester United Zidanla danışıqlar aparırdı. Fransız mütəxəssisin Juventus-a görə “qırmızı şeytanlar”a “yox” dediyi bildirilir.
