“Zidanın məşqçi kimi imza atdığı uğurlar məni təəccübləndirmir”.
Korner.az-ın məlumatına görə, bu sözləri Madrid “Real”ının sabiq futbolçusu Fernando Redondo deyib.
Argentina yığmasının keçmiş yarımmüdafiəçisi açıqlamasında “kral klubu”nun baş məşqçisi Zinəddin Zidanı tərifləyib:
“Zinəddin “Real”ın səviyyəsinə uyğun məşqçidi. Onda dahi del Boskenin çox xüsusiyyətini görürəm. Təzyiqə tab gətirməyi və nəticə verməyi bacarır. Zidanın “Real”da fantastik iş gördüyünü düşünürəm. Onu məşqçi kimi, böyük gələcək gözləyir”.
