İdman Arbitraj Məhkəməsi “Real Kastilya”nın baş məşqçisi Zinəddin Zidanın cəzasını ləğv edib.
Korner.az-ın məlumatına görə, Zidan lazımi məşqçi lisenziyası olmadan “Real”ın əvəzedici komandasını çalışdırdığı üçün İspaniya Futbol Federasiyası tərəfindən 3 aylığa diskvalifikasiya olunmuşdu.
Öz növbəsində Madrid klubunun rəhbərliyi UEFA-ya Zizunun lisenziyasının olduğunu təsdiq edən sənədləri göndərib.
