Zidan yenidən “Real”a qayıdır?
11.03.2019 , 18:59

Madridin “Real” klubunun sabiq çalışdırıcısı Zinəddin Zidan yenidən “kral klubu”na qayıdır.
Bu barədə xəbəri “Real” klubuna yaxınlığı ilə tanınan MARCA nəşri yayıb. Məlumata görə, fransalı mütəxəssis bu gecə rəsmən “Real”ın baş məşqçisi olacaq.
Qeyd edək ki, Zinəddin Zidan ötən mövsümün sonu klubdan ayrılmışdı.
