Futbol

Zidan: “Yeni mövsüm üçün hazırlıq işləri görmürəm”

07.04.2017 , 13:42

İspaniya La Liqasına mübarizə aparan “Real”ın (Madrid) baş məşqçisi Zinəddin Zidan “Atletiko”yla (Madrid) oyunöncəsi təşkil olunan mətbuat konfransında açıqlamalar verib.

 

Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis:

“Burda qalacağım dəqiq deyil. Buna görə də, yeni mövsüm üçün hazırlıq işləri görmürəm. Yalnızca oynayacağımız matçları fikirləşirəm”.

Zidan Kriştiano Ronaldoya istirahət verməsi haqda: “Planlaşdırılmış bir şey deyil. Onunla danışdım və bunun komanda üçün daha yaxşı olacağını dedim. Futbolçularımın hamısı ağıllıdı. Etdiyim hər şeyin komanda üçün olduğunu bilirlər”.

Fransız baş məşqçi:  “Nə olursa olsun, həyata həmişə pozitiv baxıram. Madriddə özümü çox şanslı hiss edirəm. Bir çox insan bizə inanmırdı, lakin biz bacardıq”.

Son yazılar

Yuxarı