“Real”ın gənc komandasının (Kastiliya) baş məşqçisi Zinəddin Zidan gələcək planları haqda danışıb.
Korner.az-ın məlumatına görə, fransalı mütəxəssis “Real”ın əsas komandasının da sükanı arxasına keçmək istədiyini bildirib:
“Çox güman ki, yaxın gələcəkdə əsas komandanın baş məşqçisi vəzifəsində işləyəcəm. Amma indi bunun haqqında düşünmək çox tezdir. Gənc komanda ilə məqsədlərimiz var. Mövsümü yaxşı nəticə ilə bitirməliyik. Bundan sonrasına baxsaq İngiltərədə işləmək mənim üçün yaxşı olar. Futbolçu olaraq orada oynamamışam. Bu səbəbdən niyə də “Dumanlı Albion”da bir klub çalışdırmayam?”
