“Real”dan ayrılan Zinəddin Zidan Qətər milli komandasının baş məşqçisi ola bilər.
Misirli oliqarx Naqib Saviris özünün Tvitter səhifəsində yazıb ki, fransalı mütəxəssis Qətər Futbol Federasiyasından əla təklif alıb.
“Zidan DÇ-2022 üçün Qətər millisinin baş məşqçisi olacaq. Buna görə 4 ildə ona hər il 50 milyon avro pul ödəniləcək. Pul hər şeyi həll edir?” – deyə o yazıb.
