Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
Korner.az-ın məlumatına görə, fransalı çalışdırıcı 31 yaşlı portəgizin fiziki hazırlığının yüksək həddə olduğunu deyib.
“Ola bilər ki, Ronaldo məndən çox oynasın (Zidan karyerasını 34 yaşında bitirib – red.). Ona görə yox ki, mən özümə yaxşı baxmamışdım. Ona görə ki, o, özünə məndən daha yaxşı qulluq edir. Onun 31 yaşı var, amma fiziki planda vəhşi kimidir. Hələ uzun illər futbol oynaya bilər və ümid edirəm, karyerasının qalan hissəsini də “Real”da keçirəcək”, – deyə Zidan bildirib.
