“Rəqib qarşılaşma ərzində yaxşı oynadı. Layiqli qələbə qazandıq. Ronaldo haqqıda eyni şeyi təkrarlamaq çətindir. O, böyük işlər görməyə davam edir”.
Bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında PSJ ilə matçdan (3:1) sonra deyib.
“Azarkeşlərin qələbədə böyük rolu oldu. Onlar bir saniyə belə bizi dəstəksiz qoymadılar. Hətta rəqib qol vurduqdan sonra bizi dəstəkləməyə davam etdilər. Qələbədən həzz alacağıq, amma sabahdan cavab oyunu haqda düşünəcəyik” – deyə o bildirib.
