"Real" (Madrid) klubunda idman direktoru işləyən Zinəddin Zidan yenidən baş məşqçiolmaq istədiyini bildirib.
Korner.az– ın məlumatına görə, Zidan növbəti mövsüm baş məşqçi kimi işləyə biləcəyini deyib:
"Çoxdandır ki, "Real"ın idman direktoru vəzifəsində çalışıram. Bu sahədə kifayət qədər təcrübəm var. Lakin sirr deyil ki, baş məşqçi kimi də çalışmaq istəyirəm. Növbəti mövsüm artıq bu arzumu həyata keçirə bilərəm. Hələ ki, baş məşqçi işləmək üçün vaxtım var".
Qeyd edək ki, Zidan hazırda "Real"ın aşağı yaş qrupları üzrə komandasının baş məşqçi vəzifəsini də yerinə yetirir.
