Zidan Modriçdən razı deyil
06.05.2019 , 11:31

“Real”ın baş məşqçisi Zinəddin Zidan Luka Modriçin klubdan göndərilməsinə müsbət baxır
Bu barədə AS nəşri xəbər yayıb. Xəbərə görə, fransalı çalışdırıcı xorvatiyalı futbolçunun göstərdiyi oyundan narazıdır. 33 yaşlı futbolçuya təklif gələcəyi təqdirdə onun satılacağı qeyd edilib.
Qeyd edək ki, cari mövsümün əvvəli İtaliyanın “İnter” klubu Luka Modriçi heyətinə qatmağa çalışıb.
