Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan “Dünyanın ən yaxşı futbolçusu kimdir? Messi, yoxsa Ronaldo?” sualına cavab verib.
Korner.az-ın məlumatına görə, o, portuqaliyalı hücumçunu dünyanın ən güclüsü hesab etdiyini deyib.
“Messi, yoxsa Ronaldo? Əlbəttə, Kriştiano dünyanın ən yaxşı futbolçusudur. Onun haqqında çox danışırlar, amma Ronaldo ürəyiyumşaqdır, yaxşı insandır. Messi isə onun rəqibidir və bu, futbol üçün lazım olan şeydir. İnsanlar futbolda məhz belə rəqabəti izləmək istəyirlər”, – deyə Zidan bildirib.
