Zidan: “Mən çox əsəbiyəm”
29.04.2019 , 12:28

İspaniya çempionatının 35-ci turunda “Rayo Valeykano” klubuna məğlub olan Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan oyunla bağlı danışıb.
Hər dəfə futbolçularını tərifləyən fransalı mütəxəssis bu dəfə fərqli çıxış edib.
“Mən həmişə futbolçularımı qorumuşam. Amma bu dəfə belə olmayacaq. Oynadığımız futbol məni çox narahat edir. Buna görə də çox əsəbiyəm”
Qeyd edək ki, görüş “Rayo Valeykano” klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
