İspaniya La Liqasında mübarizə aparan “Real”ın (Madrdi) baş məşqçisi Zinəddin Zidan “Malaqa”ya qarşı keçiriləcək matç haqqında danışıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis:
“Oyuna tamamilə hazırıq. İstədiyimiz kimi bu oyuna hazırlaşdıq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Heç-heçə etmək fikrimiz yoxdu. Çünki komandanın kimyasında bu yoxdu. Yalnızca qalib gəlmək üçün meydana çıxacağıq”.
La Liqa çempionluğu haqqında danışan Zidan: “Bilirik ki, liqada çempion olmaq çətindi. Çox çalışaraq 38 oyuna çıxırıq. Bu, heç də asan deyil. Çempionluq istəyinizi hər gün göstərməlisiniz. Biz də hər gün çalışdıq və bunu istədik. Son oyunlarda “Sevilya” və “Selta”ya (Viqo) qarşı çətinlik çəkdik, lakin çempionluğa yaxınlaşdıq”.
