“Real”ın baş məşqçisi Zinəddin Zidan “Barselona”nın futbolçusu Andres İnyesta ilə vidalaşıb
Fransalı mütəxəssis “El-Klassiko”dan (2:2) sonra mövsümün sonu Kataloniya klubundan ayrılacaq A.İnyesta ilə sağollaşmaq üçün təxminən 5 dəqiqə tuneldə gözləyib. 33 yaşlı yarımmüdafiəçi soyunub-geyinmə otağından çıxdıqdan sonra Zidan onunla sağollaşıb və qucaqlaşıb.
Qeyd edək ki, A.İnyesta mövsümün sonu “Barsa”dan ayrılacağını açıqlayıb.
