Zidan: “Heç vaxt axmaqlıq etmədim”
25.03.2019 , 12:19

Madrid “Real”ının yeni baş məşqçisi Zinəddin Zidan futbolçu karyerası ilə bağlı danışıb.
Gənc yaşlarında ən yaxşı olmaq üçün hər gün çalışdığını deyən fransalı çalışdırıcı gücünü yalnız məşqlərə verdiyini bildirib.
“Futbola başladığım gündən etibarən ən yaxşı olmaq üçün çalışdım. Çoxlu su və idman edərək özümü daha da yaxşılaşdırdım. Mən barlara gedib, orada özümü axmaq vəziyyətə salmırdım.”
Qeyd edək ki, Zinəddin Zidan hazırda “Real” Madrid klubunun baş məşqçisidir.
