“Real”ın məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan milliyə dəvət olunub.
Korner.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Fransanın U-19 millisinin 3-5 mart tarixlərində keçiriləcək təlim məşq toplanışı üçün heyətində onun adı da var. Burada bir çox tibbi müayinədən keçəcək E.Zidanın fiziki durumu və oyununa diqqət yetiriləcək.
Qeyd edək ki, “Real”ın C komandasında çıxış edən 18 yaşlı E.Zidanın milliyə çağırılması ölkədə böyük sevinclə qarşılanıb.
