Zidan: “Beyl bizimlə qalacaq, amma…”
31.03.2019 , 12:45

Madridin “Real” klubunun çalışdırıcısı Zinəddin Zidan “Ueska” klubu ilə oyundan qabaq mətbuatın suallarını cavablandırıb.
Fransalı çalışdırıcı Qaret Beylin klubdakı taleyi ilə bağlı suala belə cavab verib:
“Real”ın mövsümün sonuna qədər oynayacağı görüşlərdə Beyl meydanda olacaq. Bundan sonra onun başqa kluba keçib-keçməməsi ilə bağlı danışmaq olar”.
Qeyd edək ki, uelsi futbolçu bu mövsüm daxili çempionatda meydana çıxdığı 22 görüşdə 8 dəfə fərqlənib.
