Zinəddin Zidan "Real" klubundakı idman direktorluq vəzifəsini artıq tərk edib.
Korner.az– ın məlumatına görə, buna səbəb fransalı ulduzun məşqçi olmaq istəyidir.
Bunda sonra Zidan ispan klubunun əzəzedici heyətində məşqçi işləyəcək. Amma ulduzun sona qədər burada qalmaq fikiri yoxdur. Onun əsas məqsədi Fransa yığmasının baş məşqçisi olmaqdır.
“Real”-ın baş məşqçisi Joze Mourinio onun vəzifəsini tərk etməyini belə izah edib: "iki ay bundan əvvəl Zidan vəzifəsindən gedəcəyini demiçdi . O , məşqçi olmaq istəyir. O, hesab edir ki, məşqçi olsa, daha böyük işlər görər və özünü bu işdə özünü daha xoşbəxt hiss edər".
Zidan isə gedişini belə əsaslandırıb: "Mourinioya Luiş Fiqo kimi idman adam lazımdır ki, daim komandayla yaxın əlaqədə olsun. Artıq mən gələcəyimi gənc futbolçularla işləməkdə görürəm".
