Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqası ilk turu çərçivəsində keçiriləcək “Selta” ilə matçdan öncə komandadaki vəziyyət haqda danışıb.
Koner.az-ın məlumatına görə, bu xəbəri “Marca” nəşri yazıb.
Mənbədə deyilir ki, komandanın əsas üzvləri Kriştiano Ronaldo və Kərim Benzema “Selta”ya qarşı oynamayacaq.
Baş məşqçinin sözlərinə görə, Ronaldo yaşıl meydanlara tez qayıdacaq:
“Hal-hazırda dəqiq nəsə deyə bilmərəm. Biz Ronaldonun tam hazır olmasını gözləyirik. Yalnız bundan sonra oynaya biləcək. Dəqiq nə vaxt qayıdacağını deyə bilmərəm, amma “Selta” ilə oynaya bilməyəcəyi dəqiqdi.
Benzemanın belində ağrıları var. Həkimlərin də dediyi kimi, o, yalnız iki həftə sonra oynaya biləcək”.
