big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Zeynal Məmmədovu VİP-də necə “gizlətdilər”? (YAZI)

19.11.2012 , 20:01

Hüquq elmində məşhur ifadə var: “Hər kəsin cinayət törətmək hüququ var, amma…” Hə, bax, bu “əmma” olmaya gərək. İnsanın fitrətindədi, həmişə qayda-qanunlara zidd getməyi sevir – müqabilindəki cəzanı düşünmədən…

“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun “Xəzər Lənkəran”la oyunun birinci hissəsini VİP lojadan izləməsi xəbərini hələ qarşılaşma bitməmiş vermişdik. Təbii, operativlik naminə təfərrüata varmadıq, detallı anlatmadıq olanları. Təkcə oyunun AFFA nümayəndəsini danışdırdıq, fikrini öyrəndik. İndi məqamdı, sıfırdan nəql etməyə vaxtımız var. Beləliklə…

“Bakı”nın təlim-məşq bazasının arenası. “Bakı” – “Xəzər Lənkəran” oyununun başlanmasına 3-5 dəqiqə qalıb. Media nümayəndələrinin əyləşdiyi lojadan 1 metr aralıdakı VİP lojanın pərdələri qapadılır. Bunu anormal hal kimi görməmək də olardı. Maraq bürüyür məni və az sonra hər şey aydın olur. AFFA İntizam Komitəsinin qərarıyla 10 oyunluq cəzalandırılan Zeynal Məmmədov oyunu VİP-dən izləyəcək və bunu ətrafdan (yəqin ki, xüsusilə media mənsublarından) gizlətmək lazımdı. Ancaq niyyətləri suya düşür – Hakimlər Komitəsinin həşəmətli sədri, bu oyunun hakim-inspektoru Xaqani Məmmədovla soyadaşı Zeynal Məmmədovun yanaşı oturduğunu görmək üçün pərdələr arasındakı təxminən 10-15 santimetrlik məsafə də bəs edir. Birinci hissə bitir və çətinliklə də olsa, VİP lojanın arxa hissəsinə keçirəm. Budu, Zeynal Məmmədov arxa qapıdan çıxır. Təbii, arxasınca düşüb bir-iki kəlmə danışdırmaq istəyim də müəyyən səbəbdən baş tutmur. Əvəzində, AFFA nümayəndəsini – Şaiq Həmidovu isti-isti danışdırıram. Onun açıqlamasını vermişdik saytda. Xatırlayırıq: “Cəza yalnız tribunalarda oturmamağa görədi. VİP loja isə ora daxil deyil”. Şərhə ehtiyac var? Olsa belə, şərh etməyəcəm. Bu yazının məqsədi şərh vermək deyil, əslində. Sadəcə baş verən hadisəyə münasibətdə beyinlərdən çıxan “səsi” eşidin istəyirəm…

İkinci hissədə VİP lojanın pərdələri qaldırılır. Zeynal Məmmədov gedib axı, indi gizlədiləcək heç kim yoxdu… Xaqani Məmmədovsa özüyçün xumarlanmaqdadı. “Bakı”nın digər rəsmiləriylə şirin-şirin söhbət edir. Arada baş hakimin verdiyi qərarları içəridəkilərçün şərh edir… Oyundan sonra onu da danışdırmaq istəyirəm, amma yaranmış qarışıqlıqda bir anın içində gözümdən yayınıb “buxarlanır”. Məlumatı genişləndirmək, tərəflərin münasibətləri üçün bu günü gözləməyə məcbur idim. Ancaq…

Təəssüf ki, hər şey yenə tam istədiyim kimi alınmadı. İynəylə gor qazmalı olduq. Zeynal Məmmədovun səhər saatlarından zəng çatmayan telefonu gün ərzində zəng qəbul etmədi. Eyniylə klub rəsmiləriylə oturub-durmaq şakərindən əl çəkməyən Xaqani Məmmədov da zənglərimizi cavabsız qoydu. Hətta iş telefonuna da cavab verən tapılmadı. Yəqin ki, belə məsləhət görüblər… 

Əvəzində, gözləmədiyimiz halda, baş katib Elxan Məmmədov “şeytanın qıçını” qırıb zəngimizə cavab verdi. Məsələyə münasibət bildirdi və vəd də verdi: “İntizam Komitəsinin iclası sabah olacaq. İkincisi, oyunun hakim-inspektorunun sizə müahibə verməyə ixtiyarı yoxdu. Bu UEFA və FİFA qaydalarına ziddi. Hakim-inspektor dediyiniz məsələni protokolda qeyd edə bilər. Mən onların yerinə nəsə deyə bilmərəm. Bilirsiz, qərar iki cür olur: “texniki zona”dan uzaqlaşdırmaq və ümumiyyətlə, stadiona buraxmamaq. Bu məsələ İntizam Komitəsi tərəfindən araşdırılacaq. Mən hesabatı oxumalıyam. Daha doğrusu, mən yox, İntizam Komitəsinin sədri buna baxmalıdı. “Bakı”nın bazası genişdi. Ola bilər, kafe yerindən izləyib”.

“Bakı”nı kənarda qoya bilməzdik. Zeynal Məmmədov yoxdusa, Yaşar Seyidov var. Sualımızı dinləyib “5 dəqiqə sonra zəng edin, danışaq” dedi. Və gözləmədiyimiz halda, 5 dəqiqə sonrakı zəngimizə cavab verdi. Vədimə sadiqəm, açıqlamalara şərhi mən verməyəcəm. Oxuyun, gülün, ya da ağlayın futbolumuzun gününə: “Mən özüm orda olmamışam. Ancaq deyə bilərəm ki, Zeynal müəllim bu klubun vitse-prezidentidi və bura da bizim iş yerimizdi. Zeynal müəllim bütün qonaqlarını orada qəbul edir. Ora VİP loja deyil. Onun iş otağı stadiona bitişikdisə, bu bizim günahımız deyil ki. İndi qonaq gəlsə, vitse-prezident cəzalıdı deyə iş yerini buradan köçürməli deyil ki? Onun sadəcə iş kabinetinin şüşə hissəsi düşür stadiona”.

PFL prezidenti Ramin Musayevi də danışdırdıq. Unikallığını cavabıyla da göstərdi Musayev. Bunu da oxuyun, yatın: “Cəza hamı üçün cəzadı. Əgər siz dediyiniz kimi, matçı VİP-dən iziləyibsə, bunu hakim-inspektor oyunun protokolunda qeyd etməlidi. Amma bizə belə bir məlumat daxil olmayıb. Bu məsələylə maraqlanaram”.

P.S. Əhd etmişəm, Zeynal Məmmədov özü danışmayınca, bu məsələyə şərh verməyəcəm. Sabaha az qalıb. Görəsən, telefonu açıqdı?..

Hə, tamam yaddan çıxmışdı, İntizam Komitəsinin cəzayla bağlı qərarını da xatırlatmalıyıq axı…

20 oktyabr 2012-ci il Topaz Premyer Liqasının IX turunun “Qarabağ” – “Bakı” matçı başa çatdıqdan sonra hakimlər onlar üçün ayrılmış otağa yaxınlaşarkən dəhlizdə “Bakı” klubunun mühafizəçisi (Elvin Fətullayev) matçın baş hakiminə fiziki təsir göstərmişdir (yumruqla zərbə endirmişdir). Həmin şəxs polislər tərəfindən yaxalansada “Bakı” klubunun digər üzvlərinin köməkliyi nəticəsində hadisə yerindən uzaqlaşmışdır. Bu hadisənin “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimovun gözləri önündə baş verməyinə baxmayaraq həmin şəxslər öz tabeçiliyi altında olanları sakitləşdirmək əvəzinə hakimləri təhqir etmiş və onlara hədə-qorxu gəlmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

1. “Bakı” klubunun mühafizəçisi Elvin Fətullayevin futbola aid hər hansı fəaliyyətinə qadağa qoyulur, klub 20 000 manat cərimə olunur (maddə 10.6, maddə 38).

2. “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov və klubun katibi Zəka İbrahimov hakimləri təhqir etdiklərinə və onlara hədə qorxu gəldiklərinəvə təhrikçi hərəkətlərinə görə hər bir şəxs 10 oyunluq cəzalanır, klub 16 000 manat cərimə olunur (maddə 44.2, maddə 8). Adıçəkilən şəxslər cəza müddətləri başa çatana kimi stadionlara girişi qadağan edilir (maddə 21).

3. PFL baş vermiş hadisədə ilə əlaqədar hüquq mühafizə orqanlarına məlumat versin.

4. Hakim-İnspektorlar Komitəsi matçın AFFA nüməyəndəsinin fəaliyyətinin qiymətləndirdikdən sonra İntizam Komitəsinə məlumat versin.

5. Analoji hadisənin baş verəcəyi təqdirdə “Bakı” klubuna qarşı aşağıdakı sanksiyalar tətbiq olunacaqdır:

– Oyunun azarkeşsiz və ya neytral meydanda keçirilməsi;

– Klubun aktivindən xalların silinməsi;

– Klubun yarışlardan kənarlaşdırılması.

Saleh Arslan

Son yazılar

To Top