Çempionlar liqası

“Zestafoni”nin futbolçusu: “Biz “Neftçi”ni keçə bilərik – MÜSAHİBƏ

09.07.2012 , 06:36

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Zestafoni”nin futbolçusu David Muciri klubunun rəsmi saytına müsahibə verib. Korner.az həmin müsahibıni sizə təqdim edir.

– Təlim-məşq toplanışınız necə keçir?
– Avstriyadakı hazırlıq prosesi gələcəkdə komandamızın xeyrinə olacaq. Mən əminəm ki, iyulun 17-də “Neftçi” ilə oyunda komandamız pik formasında olacaq. Hazırlıq proqram üzrə gedir, iyulun 10-da Çexiyanın “Slovan” klubu ilə qarşılaşacağıq. Bu oyun çox şeyi göstərməlidir. Ancaq bu faktdır ki, qələbənin ləzzəti ayrıdır. Məşqçilərimiz bütün oyunçuları yükləyib, indi bütün fikrimiz “Neftçi” ilə matçla bağlıdır.

– Azərbaycanlıların qələbəyə böyük inamları var. Prinsipcə, “Neftçi”nin maliyyə vəziyyəti də çox yaxşıdır. Bu halda Bakı klubu ilə matçda əsas üstünlük nə ola bilər?
– Biz çox motivasiyalıyıq. İlk mərhələni keçmək istəyirik. Sonrası qismətdir. Hər şey meydanda həll olunacaq. Ancaq pul həmişə bütün məsələləri həll etmir. Bizim üstünlüyümüz cavab oyununu evdə keçirməyimizlə bağlıdır. Futbolda hər şey ola bilər. Mən inanıram ki, komandamız III təsnifat mərhələsinə vəsiqə qazana biləcək.

– Məsələ ondadır ki, klubunuzda hazırda çoxlu gənc oyunçular var. Onlar komandada özlərini necə göstərirlər?
– Çox yaxşı. Bu gənc yaşda çempion olmaq xüsusi hadisədir. Həmin futbolçular lap əvvəldən meydanda olmaq üçün alışıb, yanırlar.

– “Neftçi”nin oyununu izləmisiz. Rəqib sizdə hansı təəssüratları oyatdı?
– Əlbəttə, informasiyalar əldə etmişik. Texnikalı komandadır, heyətində güclü futbolçular var. Ancaq biz bu səddi keçə bilərik. Bildiyimə görə, Buxarest “Dinamo”su “Neftçi”yə yoxlama matçında uduzub.

Son yazılar

Yuxarı