UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"nin Gürcüstanın "Zestafoni" klubu ilə cavab qarşılaşmasının baş hakimi müəyyənləşib. Korner.az-ın məlumatına görə, ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən "ağ-qaralar"ın cavab oyunu qazaxıstanlı referi Artyom Kuçinə həvalə edilib.
Qeyd edək ki, iyulun 24-də keçiriləcək “Zestafoni” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 22:00-da, "David Abaşidze" adına stadionda keçiriləcək.
