"Zenit"in müdafiəçisi Esekiel Qaray karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 28 yaşlı argentinalı müdafiəçi üçün "Mançester Yunayted" 18,5 milyon funt-sterlinq ödəməyə hazırdı.
Qeyd edək ki, Qaray bu mövsüm "Zenit"in heyətində çıxdığı 38 matçda 1 qol və 3 asistlə yadda qalıb.
