Azərbaycanın
19 yaşadək futbolçulardan ibarət yığma komandasının və Rusiyanın “Zenit”
klubunun üzvü Elvin Bədəlovun “Neftçi”yə keçidi ilə bağlı iki klub arasında
aparılan danışıqlar müsbət nəticələnib.
Korner.az-ın məlumatına görə, mərkəz müdafiəçisi mövqeyində çıxış
edən futbolçunun transferi ilə bağlı “Neftçi” və Rusiyanın “Zenit” klubları
arasında rəsmi müqavilə imzalanıb.