“Zenit”in sabiq futbolçusu Ramil Şeydayev “Spartak”la anlaşa bilmədikdən sonra Türkiyəyə üz tutub.
Korner.az-ın qardaş ölkə mətbuatına istinadən verdiyi məlumata görə, əslən azərbaycanlı olan 20 yaşlı futbolçu “Trabzonspor”la danışıqlara başlayıb.
Bu barədə adıçəkilən klubun rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
