"Zenit”in belçikalı yarımmüdafiəçisi Aksel Vitsel Rusiya mətbuatına maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə,23 yaşlı oyunçu onu saç düzümünə görə insanlar mərhum şair Aleksandr Puşkinə bənəztdiklərini deyib.
Vitsel açıqlamasında: "İnsanlar məni Puşkinə bənzədirlər. Mən Sankt-Peterburqa gəldiyim ilk gündən azarkeşlər məni Puşkinə oxşatmağa başladılar. Bununla bağlı hətta videomontaj da hazırlayıblar. Açığı, mənim də xoşuma gəlib, olduqca gülməli idi. Amma mən fərqliyəm. Sadəcə, saç düzümümüz oxşaya bilər.Bu adi bir haldır. Qalan komponentlərdə mən Puşkinə oxşamıram” – deyib.
