“Bu, iştirak etdiyimiz ən yaxşı turnir idi. Ümid edirəm ki, gələn il də dəvət olunacağıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Zenit”in 15 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Dimitri Polyakov deyib.
7-ci yer uğurunda mübarizədə “Qəbələ”yə penaltilərdə uduzan Sankt-Petersburq təmsilçisinin çalışdırıcısı turniri hansı yerlə bitirməyin mühim olmadığını bildirib:
“Komandam özünə layiq olmayan yerdə turniri tamamladı. Ancaq nəticə çıxaracağıq. “Bak”ı komandası fiziki hazırlığına
göre seçildi. “Qəbələ” isə topla oynamağı sevir. Hakim son penalti
vuruşunu vurdurmamalıydı. Futbolçu oyunda emosiyalarına qapılıb hesabı
itirə bilər”.