Bir neçə gün əvvəl Roberto Mançinini baş məşqçi vəzifəsinə gətirən “Zenit” ilk transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, Sankt-Peterburq təmsilçisi “Rostov”un ekvadorlu futbolçusu Kristian Noboanı heyətinə cəlb edib. 32 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.
Piterlilər Noboanı azad agent statusu ilə heyətinıə qatıb.