Bu gün keçiriləcək "Zenit" – "Split" qarşılaşmasını azərbaycanlı hakimlərin idarə edəcəyini xəbər vermişdik.
Korner.az-ın məlumatına görə, Antalyada təlim-məşq toplanışı keçirən bu komandaların oyununda hakim dəyişikliyi edilib.
Belə ki, oyuna təyinat almış Zeynal Zeynalovun zədəli olduğu aşkarlanıb və o, Azər Əsgərovla əvəzlənib.
Qeyd edək ki, Bakı vaxtıyla saat 19.00-da başlayacaq oyun Rusiya telekanalıyla canlı yayımlanacaq.
