“Zenit” – “Neftçi”: hakim təyinatları
23.06.2023 , 19:50

Rusiyada təşkil olunacaq “PARI Premyer” turnirinin ilk turunda keçiriləcək “Zenit” – “Neftçi” matçının hakimləri müəyyənləşib.
Korner.az xəbər verir ki, iyulun 1-də baş tutacaq görüşü yerli briqada idarə edəcək.
Matçın baş hakimi 36 yaşlı Artyom Çistyakovdur. Ona Aleksey Şiryayev və Vladislav Nazarov köməklik göstərəcəklər. Oyunun VAR hakimi isə Sergey Çıqankov olacaq.
