Rusiyanın “Zenit” klubu İspaniya təmsilçisi “Atletiko”nun futbolçusu Matias Kranevitteri transfer edib.
8 milyon avroya alınan 24 yaşlı argentinalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Kranevitter ötən mövsüm icarə əsasında “Sevilya”da çıxış edib.
