Zeki Çelik rəsmən “Roma”da
05.07.2022 , 16:54
Türkiyə millisinin üzvü Zeki Çelik “Lill”dən “Roma”ya transfer olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
25 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Z.Çelik A seriyası təmsilçisində 19 nörməli formanı geyinəcək.
Çelik 2018-ci ildən Liqa 1 klubunda oynayırdı.