“Milan” futbol klubunun sahibi Silvio Berluskoni bəyan edib ki, uğursuz çıxışa baxmayaraq, komandanın baş məşqçisi Klarens Zeedorf postunda qalacaq.
Korner.az-ın məlumatına görə, Berluskoni Zeedorfun qalib-qalmaması məsələsinin müzakirə olunmadığını vurğulayıb.
Zeedorf bunları da dilə gətirib: “O, növbəti mövsümdə də komandanın baş məşqçisi olacaq. “Milan” hazırda pis təşkil olunmuş komandadır”.
28 turdan sonra “Milan” çempionatda 11-ci yeri tutur. Komanda İtaliya Kubokunun 1/4, Çempionlar Liqasının isə 1/8 finalında uduzaraq yarışları tərk edib. “Milan”ın növbəti mövsümdə Avropa Kuboklarına düşmə şansları da qalmayıb.
Bundan əvvəl Berluskoninin Zeedorfu qovmağa hazırlaşdığı barədə xəbərlər yayılmışdı. Dünən isə bəzi mətbu orqanları rəhbərliyin Zeedorfun yerinə Roberto Donadoninin və Filippo İndzaqinin namizədliyini nəzərdən keçirdiyini yazmışdılar.
