“İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 32-ci turunda “Sumqayıt”la oyunla (2:2) bağlı fikirlərini bildirb.
Korner.az sportal.az-a istinadən xəbər verir ki, oyunsonrası keçirilən mətbuat konfransında “İnter”in baş məşqçisi Zaur Svanadze bunları qeyd edib:
“Bu cür oyundan sonra danışmaq çətindir. Sevinirəm ki, məğlubiyyətdən xilas olduq. Ancaq oyunun 60 dəqiqəsini azlıqda oynadıq, Xizanişvili zədələndi, Rauf da belə. Çox acıyıram, yazıq uşaq. Sona 4 tur qalıb. Bacardığımız qədər mübarizə aparacağıq”.
