“Düşünürəm ki, pis oyun olmadı. Oyunun 75 dəqiqəsini yaxşı oynadıq. Bu futboldur. Hesab edirəm ki, layiq olmadığımız məğlubiyyət aldıq”. Bunu “Zirə” ilə keçirilmiş oyundan sonra “Inter”n baş məşqçisi Zaur Svanadze deyib.
Gürcüstanlı mütəxəssis səfərdə qeydə alınan 1:2 hesablı məğlubiyyəti belə şərh edib: “Ilk hissədə bir çox qol imkanlarımız oldu və istifadə edə bilmədik. Öz səhvimizdən iki qol buraxdıq. Məşq zamanı standart vəziyyətləri komandaya göstərmişdik” (sportnet.az)
