“İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Korner.az sportnet.az-a istinadən xəbər verir ki, “bankirlər”in gürcü çalışdırıcısı 2:4 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyuna çox yaxşı başladıq. Amma sonradan hər şey kəllə-mayallaq getdi. Düşünürəm ki, futbolçularımız çox yorulub. Bunu “Xəzər Lənkəran”la oyunun ikinci hissəsində də gördük. Amma hələ də şansımız var. Nə yaxşı ki, bir oyunumuz qalıb. Xeyli zədəlilərimiz var. Zurab Xizanişvili yoxdu, Elnur Abdullayev əla formada idi. Amma o da sıradan çıxıb. Zədəlilər olmasaydı, ehtiyat oyunçular skamyasında belə problemlərimiz olmazdı”.
Z.Svanadze qapıçı Georgi Lomayanın gələcək karyerası haqda da danışıb: “Son oyunlarda çıxardığı penaltilərlə nə qədər komandamıza faydalı isim olduğunu gördünüz. Qoyun mövsüm bitsin, sonrasını müzakirə edərik. Ümumilikdə isə, komandanı gəncləşdirmək lazımdır”.
