Azərbaycan çempionatının 6-cı turu çərçivəsində AZAL evdə “İnter”ə məğlub olub.
Korner.az-ın məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfransında “bankirlər”in baş məşqçisi Zaur Svanazde qələbəni (2:0) belə şərh edib:
– Çətin oyun oldu. Amma oyuna diqtə edə bildik. İlk yarıda rəqibə qol imkanı vermədik. Bəxtsiz şəkildə qol buraxsaq da, sonradan vəziyyəti düzəldə bildik.
– “İnter” tərəfi mövsümün əvvəlindən çempionluq uğrunda yox, avrokuboklar üçün savaşdığını deyir. Çempion olmaq üçün sizdə nə çatmır?
– İndi hələ başlanğıcdı. Yaxşı start götürmüşük. Uzun yol var. Heyətimizdə ciddi zədəlilər olmasa, olduğu kimi qalsa, çempionluq uğrunda mübarizə apara bilərik. Buna baxmayaraq, suala konkret cavab verməyə çətinlik çəkirəm.
– Sizcə, Rauf Əliyev tam formaya düşübmü? Milliyə layiqdimi?
– Rauf belə davam etsə, milliyə dəvət olunacaq. İrəliləyiş var, normal formadadı. (Futbolinfo.az)
