Topaz Premyer Liqasında IV turun “İnter” – “Kəpəz” (3:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze jurnalistlərin suallarını cavablandırdı.
O, əvvəlcə matç barədə fikirlərini bildirdi:
– 3 xal qazandıq. Bu çox yaxşıdı. Komandanın oyunundan razı qaldım. Yenə oyuna yaxşı başladıq və erkən qol vurduq. Ancaq sonra yenə panika yarandı. Bunun niyə baş verdiyini bilmirəm. Rəqib standart vəziyyətlərdə çox yaxşı idi və bundan iostifadə etdilər 3 qol vurduqdan az sonra 2 qol vuraxmaq yaxşı hal deyil. İkinci hissədə daha yaxşı müdafiə olunduq, komanda daha sakit görünürdü. Bizim üçün bütün mövsüm belə çətin davaç edəcək.
– Matçdan sonra paltardəyişmə otağında komandanı təbrik etdiz, yoxsa…
– Onları təbrik etdim. Bildiridim ki, bizim belə oyunlarımız çox olacaq. Öz üzərimizdə çalışmalıyıq. Hər hansı irad bildirmədim. Adi topların itirilməsi və s. texniki problemlərdi və onların üzərində işləmək olar.
– Nizami Hacıyevin əvəzlənməsi nə ilə əlaqədar idi?
– Sadəcə dəyişmək qərarına gəldik. Bu, zədə ilə bağlı deyildi.
– Sanki komandada nizam-intizam aşağı səviyyədədi. Məsələn, ilk qolda Nizamı Hacıyev yersiz hərəkət etdi, ikinci qolda Orxan Sadıqlı qapıçı üçün xeyli irəlidə dayanmışdı…
– Bu məsələdə haqlısız. Ancaq həmin hərəkətləri oyun intizamı ilə əlaqələndirmirəm. Məsələn, Nizami belə hərəkətləri tez-tez edir. Buna görə də cəzalandıq. Gərək rəqibi ələ salmayasan. Onun əvəzlənməsi kpnkret bunlara görə deyil. Əvvəldən demişdi ki, əzələlərində ağrı var. Yersiz hərəkətlərlə bağlı yəqin ki, nəsə edəcəyik.
