Kamran Quliyevin “Neftçi”nin prezidenti təyin olunmasından sonra “Sumqayıt”ın yeni prezidentinin kim olacağı ilə bağlı müəyyən versiyalar itrəli sürülür.
Uzun müddətdir ki, AFFA-da çalışan Zaur Hacıməhərrəmovun “Sumqayıt”ın prezidenti təyin olunacağı söylənilir. Hacıməhərrəmovun bu gün “Sumqayıt” – “Neftçi” oyununda olması yayılan söz-söhbətləri bir qədər reallığa yaxınlaşdırıb. Amma məsələ ilə bağlı Korner.az-a danışan Zaur Hacıməhərrəmov bunu təkzib edib:
“Yazılanlar həqiqəti əks etdirmir. Mən öz işimi davam etdirirəm . Bu gün oyuna gəlmək? Mən hər oyuna gəlirəm. Yəqin həmin vaxt gəlişim diqqətinizə səbəb olmayıb. Bu yayılan informasiyalardan sonra məni görməyi lazım bilmisiz”.
